Şamaxının millət vəkili Elxan Süleymanov zəlzələ bölgəsində olub

BMT-nin Baş katibi ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub
Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub
Prezident VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançıların mükafatlandırılması haqqında Sərəcam imzalayıb

Şamaxının millət vəkili,  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov deputatı olduğu bölgəyə səfər edərək zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub.

Deputat rayonda yerli sakinlərlə görüşüb. Millət vəkili fevralın 5-də və 6-da baş vermiş təbii fəlakətdən zərər çəkən sakinlərə baş çəkib, qəzalı vəziyyətə düşən tikililərə baxış keçirib.

Şamaxı şəhərinin Səttar Bəhlulzadə və Vidadi Məmmədov küçələrində yerləşən 2, Şəhriyar qəsəbəsində 3 ünvanda olan Elxan Süleymanov zəlzələ nəticəsində yararsız hala düşmüş evlərdə yaşayan 5 ailəyə maddi yardım edib.