Azərbaycanın həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyini təmin edir

İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib
Bu gün Milli Musiqi Günüdür

“Azərbaycan əməkdaşlıqla bağlı fikirləri irəli aparmaq üçün mühüm meydandır”.

“Report” xəbər verir ki, bunu Albaniya Prezidenti İlir Meta jurnalistlərə bildirib.

“Azərbaycan regional əməkdaşlığa mühüm töhfələr verir. Azərbaycanın həyata keçirdiyi enerji layihələrini xüsusi qeyd etmək olar. Bunlar ölkələrimiz arasındakı təmasların artmasına səbəb olur, Avropanın enerji təhlükəsizliyini təmin edir”, – dövlət başçısı deyib.

O, Bakı Qlobal Forumunun əhəmiyyətindən söz açaraq, bunun dünyanın müxtəlif problem və təhdidlərini müzakirə etmək üçün gözəl meydan olduğunu vurğulayıb.