Xaricdə təhsil üzrə Dövlət Proqramında mədəniyyət və incəsənət sahəsi üzrə müraciətlərin sayı artır

Özbəkistanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti “DOST” mərkəzində olub
Prezident İlham Əliyev Bakının Neapol küçəsindəki yerüstü piyada keçidinin açılışında iştirak edib
Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nda 15 prioritet ixtisas müəyyənləşdirilib. Bu ixtisaslar sırasında informasiya-kommunikasiya texnologiyaları, mühəndislik və digər dəqiq elmlər, eləcə də iqtisadiyyat və bir sıra sahələr daim prioritet istiqamətlər kimi qalır.

Bu fikirləri Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov AZƏRTAC-ın sualını cavablandırarkən deyib.

Qədir Xəlilov qeyd edib ki, son illərin təhlilləri digər prioritet ixtisaslara da müraciətlərin artdığını göstərir: “Artıq ikinci ildir ki, mədəniyyət və incəsənət sahəsi üzrə də müraciətlər qəbul olunur. Bu ildən isə həmin prioritet üzrə universitetlərin və proqramların siyahısı xeyli genişləndirilib ki, gənclər üçün bu istiqamətdə də müraciət imkanları yaradılsın”.

AZƏRTAC