Nazir BMT-də gənclərin məşğulluğu ilə bağlı təkliflə çıxış etdi

Zakir Həsənov: “Azərbaycanın qazandığı qələbə Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına böyük töhfə verəcək”
Prezident və birinci xanım Bakıda “Şərq Bazarı” kompleksində yaradılan şəraitlə tanış olublar
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş qərargahında 8-ci Gənclər Forumunda təkliflə çıxış edib.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, A.Rəhimov BMT-nin çətiri altında sadəcə görüşlərin və müzakirələrin aparılması deyil, gənclərin məşğulluğunun təmin olunması istiqamətində real işlərin görülməsi məqsədi ilə xüsusi koordinasiya komissiyasının yaradılması təklifini irəli sürüb.

Çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən zəbt edildiyini, məcburi köçkünlərin böyük əksərriyyətinin məhz gənclər olduğunu qeyd edib.

Nazir həmçinin Minilliyin İnkişaf Məqsədləri (2000-2015) və Dayanıqlı İnkişaf Məqsədləri (2016-2030) proqramlarının həyata keçirilməsindən öncəki mərhələdə ölkənin əldə etdiyi uğurlardan, qarşıya qoyulan məqsədlərdən və öhdəliklərdən danışıb: “Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) (2016-2030) proqramlarının realizəsi üçün dövlət könüllülərin sayının artırılması, könüllülük fəaliyyətinin inkişafı, könüllülərə dəstək verilməsi üçün mühüm addımlar atır. 2018-ci ilin may ayından start götürən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 gənc səfirin ölkəmizdə təqdimat və mükafatlandırma mərasimi də baş tutub. BMT modeli gənclər üçün yeni biliklərin əldə olunması, tənqidi yanaşma, motivasiya istiqamətində seçim, təlim və effektiv inkişaf mexanizimdir”.

Nazirlərin, rəsmilərin, gənclər sahəsinə məsul nümayəndələrin qatıldığı forumda “Gənclik 2030: Gənclərlə və gənclər üçün işləmək”, “Gənclərin İnkişafına İnvestisiya: Maliyyələşdirmə və digər tətbiq vasitələri” və digər mövzular ətrafında fikir mübadilələri aparılıb, gələcək planlar müzakirə edilib.