Anjey Kaspşik Dağlıq Qarabağa gəlib

AVCİYA prezidenti Elxan Süleymanov: “Əziz Şuşamız həm də beynəlxalq tədbirlər məkanına çevrilir”
Azərbaycandan Ukraynaya göndərilən yardım aidiyyəti üzrə təhvil verilib
Əlillərin reabilitasiya vasitələrinin növlərinin siyahısı artırılıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Xankəndində Dağlıq Qarabağdakı erməni sepratçılarının rəhbəri Bako Saakyanla görüşüb.

Görüşdə təmas xəttindəki vəziyyət müzakirə edilib.

Qeyd edək ki, bu gün Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Ralf Boshard keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və YSPQ-nin nümayəndəsi polkovnik Yuri Dudçenko aparacaqlar.