Bakıda Nəsimi yaradıcılığına həsr edilmiş elmi-praktiki seminar keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar
2017-ci ildə Azərbaycanda müstəqil, çoxistiqamətli, balanslaşdırılmış xarici siyasət kursu davam etdirilib
Bahar Muradova Azərbaycanda qadın sığınacaqlarının az olmasına münasibət bildirib

Azərbaycanın dahi şair və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlər davam edir.

AZƏRTAC xəbər verir ki, “Nəsimi ili” çərçivəsində növbəti tədbir aprelin 23-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Mənəvi dəyərlər sistemində İmadəddin Nəsimi fəlsəfəsi” adlı elmi-praktiki seminar adı altında reallaşıb.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyətinin məruzəsi dinlənilib. Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin repertuarında “Nəsimi” kompozisiyası təqdim olunub. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli orta məktəbin şagirdləri tərəfindən Nəsiminin şeirləri səsləndirilib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanın söz sənəti və tarixində yüz illər boyu yaşayan Nəsimi irsinin dəyərinin geniş kütləyə çatdırılması və gənc nəsildə bədii və fəlsəfi fikrə marağı artırmaqdır.