ATƏT-in Baş katibi: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nüfuzundan istifadə edəcəyinə ümidvaram”

ƏDƏBİ AGENTLİK FENOMENİ
14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır
Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyi qeyd edilib

“Rusiya ATƏT məkanında çoxdan qalmış, yeni yaranan və həll edilməmiş münaqişələrin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar formatlarında əsas tərəfdaşdır”.

“Report” xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə deyib.

“Rusiyanın bu formatlarda münaqişələrin həlli üçün nüfuzundan istifadə edəcəyinə ümidvaram”, o bildirib.

T.Qreminger qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün Rusiya Xarici İşlər naziri ilə görüş zamanı daha geniş müzakirə olunacaq.