“Bəzi dövlətlər “erməni soyqırım”ı ilə bağlı canfəşanlıq göstərir”

Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində ilk dəfə sağlamlıq imkanları məhdud gənclərin əl işləri nümayiş olunur

“Bəşəriyyət 100 ildir ki, erməni yalanı ilə üz-üzə dayanıb. Ermənilərin xüsusi yalanlar uydurmaq təcrübəsi var”.

“Report” xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov YAP-da keçirilən ”Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” adlı “dəyirmi masa”da deyib.

Onun sözlərinə görə, insanların kütləvi şəkildə qırılmasını gizlətmək mümkün deyil, çünki bunun məzarlığı və digər sübutları olmalıdır: “Emənilərin və onların havadarlarının soyqırım iddiaları təsdiqini tapmır. Ermənilər bu yalanlarla qardaş Türkiyəyə və ölkəmizə qarşı ərazi iddiaları qaldırırlar. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu yalanlara qarşı qoyulan həqiqətlər unudulur. Ermənilər Bakıda, Şamaxıda, Quba soyqırımlar törədib, amma onların bu əməlləri layiqli cavabını almır. Ermənilər Azərbaycanın 20 faiz torpağını işğal edib, 1 milyondan artıq insan yurd-yuvasından məcburi köçkün düşüb. İkili standartlar nəticəsində ermənilərin bu əməllərinə qiymət verilmir. Dağlıq Qarabağda milli-mənəvi, maddi sərvətlərimiz ermənilər tərəfindən talan edilir. Ermənilərin iddia etdiyi uydurma soyqırımı qətiyyətlə pislənilməlidir. Bəzi dövlətlər “erməni soyqırım”ı ilə bağlı canfəşanlıq göstərirlər, bu da təbii ki, ikili standartların nəticəsidir”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan ermənilərin törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində addımlar atır: “Bu məsələ ətrafında fikir ayrılığı ola bilməz, milli iradə olmalıdır. Türkiyə və Azərbaycan bu işləri birgə görür”.