Minskdə İpək Yolu ölkələrində sərmayə imkanlarına dair forum işə başlayır

Nyu-Yorkda 36 mərtəbəli Türk evinin açılış mərasiminin tarixi məlum olub
Prezident İlham Əliyev Zəfər parkında olub
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Bu gün Belarusun paytaxtı Minsk şəhərində ATƏT-in Parlamentlər Assambleyası İpək Yolunu Dəstək qrupunun “Bir kəmər – bir yol: dayanıqlı inkişaf və rifah naminə əməkdaşlığın dərinləşməsi” adlı II Beynəlxalq Parlamentlər Konfransı işə başlayır.

“Report” xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Avstriya, İsveçrə, İtaliya, Qırğız Respublikası, Monqolustan, Rusiya və Serbiyadan olan millət vəkilləri, işgüzar dairənin nümayəndələri iştirak edəcəklər.

Tədbirdə İpək Yolu iştirakçısı olan ölkələrin iqtisadi inkişafı və sərmayə mühiti, habelə humanitar əməkdaşlığı və turizm imkanları müzakirə olunacaq.