Sahibə Qafarova: Fransanın Qarabağla bağlı qərəzli yanaşması qəbuledilməzdir

Bakı şəhərinin Baş planında əsas məsələlərdən biri də yaşıllıq normalarına nail olmaqdır
AVCİYA təmsilçisi Türkiyədə Qarabağ zəfərinə həsr olunmuş konfransda iştirak edib
Bərdədə törədilən terror aktları nəticəsində həlak olan mülki şəxslərin xatirəsi Latviyada da anılıb

Azərbaycan Ordusu bu gün Ağdama daxil olub. Bu münasibətlə xalqımızı təbrik edirəm. Biz işğaldan azad edilmiş bütün torpaqlarımız kimi, Ağdamı da yenidən qurub yaradacağıq.

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra işğalçı Ermənistanın tam kapitulyasiyasına nail oldu, biz ərazi bütövlüyümüzü bərpa edirik. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin iştirakı ilə birgə bəyanat imzalandı. Amma bu birgə bəyanatdan narahat olan qüvvələr də var. Fransanın bu məsələyə qeyri-obyektiv münasibəti bizi çox narahat edir. Fransanın Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına xidmət edən təşəbbüsləri və cəhdləri yolverilməzdir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 20-də keçirilən iclasında deyib.

Sahibə Qafarova qeyd edib ki, Fransanın məsələyə qərəzli yanaşması qəbuledilməzdir. Bildirilib ki, Fransa Senatı Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarması heç bir çərçivəyə sığmır. Fransa ATƏT-in həmsədri kimi düzgün mövqe nümayiş etdirmir. Bu addımlar beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyünə ziddir.

Milli Məclisin sədri, eyni zamanda, vurğulayıb ki, vasitəçilər qərəzsiz olmalı, obyektiv mövqe nümayiş etdirməlidir.

AZƏRTAC