ŞAMAXIDA İFTAR SÜFRƏSİ

Aİ-nin ali nümayəndəsi: “Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən şadam”
Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirilib
İşğaldan azad edilmiş ərazilərdə xristian abidələri bərpa olunacaq

İyunun 26-da Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində dindarlar üçün iftar süfrəsi açılıb.

Qeyd edək ki, ənənəyə uyğun olaraq artıq doqquzuncu ildir ki, millət vəkili Elxan Süleymanovun adından Şamaxı şəhərində və rayonun kəndlərində iftar süfrələri açılır. Şamaxı şəhərindəki Cümə məscidində açılan bu dəfəki iftar süfrəsində  rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, idarə və təşkilat rəhbərləri, Şamaxı rayonunun dindarları olmaqla 250 nəfər iştirak edib. İftardan öncə Ramazan ayının əhəmiyyəti ilə bağlı söhbətlər olub, torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət dilənib, ruhlarına dualar oxunub.

1905.az