Bakıda “Monex Caspian” sammiti işə başlayıb

Prezidentin qazilər və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncamı
“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Türkiyənin nüfuzlu “Ülke TV” xəbər kanalı Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb

“İnnovasiya Festivalı” çərçivəsində mayın 30-da Bakıda “Monex Caspian” sammiti keçirilir.

Sammitin media tərəfdaşı AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə tədbirin Azərbaycanda innovasiya və maliyyə texnologiyaları, eləcə də ödəniş, təhlükəsizlik, data və digər sahələrdə yeniliklərin müzakirəsi üçün məhsuldar olacağına əminliyini bildirib.

“Hazırda Azərbaycan innovativ inkişaf mərhələsindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar aparılır, iqtisadiyyat liberallaşdırılır, innovasiya fəaliyyətinin genişləndirilməsi istiqamətində böyük addımlar atılır”, – deyə nazir qeyd edib.

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova isə sammitin əhəmiyyətindən danışıb.

İyunun 1-dək davam edəcək sammitin əsas tərəfdaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası, “Synergy Partnership” şirkəti, “FA International Trade Events” şirkəti və Azərbaycanda Amerika Ticarət Palatasıdır.

Tədbirdə “fintech” və bank sektorunun ən mühüm liderləri bir araya gəlib, 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq natiq və 50-dək ölkədən nümayəndə iştirak edir.

Sammitdə “fintech” liderlər, “C-level” təmsilçilər, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlər təcrübə mübadiləsi aparacaqlar. İştirakçılar ödəniş, təhlükəsizlik, data və informasiya texnologiyaları üzrə qlobal şirkətlərin rəhbərləri ilə görüş, panel müzakirələrdə iştirak, “B2B” görüşlər, startapçılar üçün real sərmayə və potensial müştərilərlə əməkdaşlıq imkanı əldə edəcəklər.