TANAP daha bir mükafata layiq görülüb

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edib
Tarix Muzeyində “Şərq qadını” jurnalının ilk nüsxəsi qorunur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru kəməri (TANAP) Böyük Britaniyanın “The Green” təşkilatı tərəfindən Vyetnamın ən böyük şəhəri Hoşimində keçirilən “Davamlılıq” kateqoriyasında “2019-cu ilin Yaşıl Dünya mükafatı”na layiq görülüb.

“Report” xəbər verir ki, TANAP bu mükafatla noyabrın 25-də Londonda keçirilməsi nəzərdə tutulan Yaşıl Dünya Səfirlikləri tədbirinə Yaşıl Dünya Səfiri kimi dəvət edilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

report.az