Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokollar imzalanıb

Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar, Elmir Bağırovu isə Saatlı rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi arasında ikitərəfli görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirak ediblər.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələrin son illərdə uğurla və dinamik inkişafı vurğulanıb.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola Əlavə Protokol” imzalanıb.

AZƏRTAC