Azərbaycanın Ədliyyə naziri “Ekstradisiya haqqında” Avropa Konvensiyasına əlavə edilmiş yeni protokolu imzalayıb

Vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıldı
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə
Ermənilərin yer üzündən silməyə çalışdığı Qaradağlıdan AZƏRTAC-ın reportajı – SAKİNLƏR DANIŞIR

Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov Strasburqda “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolu imzalayıb.

“Report” Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir ki, imzalanma Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə baş tutub.

Qeyd edək ki, “Ekstradisiya haqqında” Avropa Konvensiyası 50 ölkə tərəfindən ratifikasiya edilib.

Azərbaycanda Konvensiya 2002-ci ildə qüvvəyə minib. Bu sənəd tərəfləri cinayət işi çərçivəsində və ya bir hökmün icrası üçün axtarışda olan şəxsləri bir-birlərinə verməyə məcbur edir.

Konvensiyanın siyasi və ya hərbi cinayətlərə şamil edilmədiyi qeyd olunur. Bundan əlavə, Konvensiyanın iştirakçısı olan hər bir ölkə vətəndaşlarını xarici dövlətə təhvil verməkdən imtina edə bilər.

Azərbaycanın imzaladığı protokolda Konvensiyanın müasir dünyanın ehtiyaclarına uyğunlaşdırılması üçün bir sıra müddəalara dəyişiklik və əlavələr var. Bu protokolun müddəalarına köhnəlmə müddəti, ekstradisiya müraciəti və onu müşayiət edən sənədlər, konkretlik qaydası, tranzit, üçüncü dövlətə verilmə, habelə rabitə kanalları və vasitələri kimi məsələlər daxildir.

Report.az