AVCİYA seçkiərəfəsi beynəlxalq təşkilatların rəy və tövsiyələri ilə bağlı kitab nəşr etdi

Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Azərbaycanın BMT-dəki nümayəndə heyəti qurumun Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab verib
Nyu-Yorkda 36 mərtəbəli Türk evinin açılış mərasiminin tarixi məlum olub

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 09 fevral 2020-ci ilMilli Məclisə növbədənkənar seçkilərərəfəsi “AvropaParlamenti, Avropa Şurası Parlament Assambleyası (AŞPA), ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkiləri müşahidə missiyalarının, Avropa Şurası (AŞ) Venesiya Komissiyasının Azərbaycan Respublikasında keçirilmiş seçkilərlə bağlı RƏY VƏ TÖVSİYƏLƏRİ-Müqayisəli təhlil” adlı kitab nəşr edib.

Kitabda 2003-cü ildən indiyə qədər Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsiilə bağlı qərb təşkilatlarının irəli sürdüyü rəy və tövsiyələr müqayisəli şəkildə təhlil edilmişdir. Kitabda müxtəlif dövrlərdə seçkiləri müşahidə etmiş qurumların bəyanatlarında səslənən iradlar da təhlil olunmuşdur. Kitabda qeyd olunur ki, “Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə 7, ATƏT/DTIHB 2008-ci ildə 27, 2010-cu ildə 17, 2013-cü ildə 20, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4 tövsiyə irəli sürüb. Bunların təhlili aparıldıqda məlum olur ki, bu tövsiyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyasının Secki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tövsiyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyələrin əksəriyyəti əvvəlki tövsiyələrin təkrarından ibarətdir. ”

Kitabda həmçinin göstərilir ki, Azərbaycan Respublikasının Milli Məclisi AŞ Venesiya Komissiyası və bir sıra yerli və beynəlxaq təşkilatlar tərəfindən verilən tövsiyələri də nəzərə almaqla 2 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası Secki Məcəlləsinin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişikliklər etmişdir.

Kitab AVCİYA Prezidenti Elxan Süleymanovun məsləhət və dəstəyi ilə işıq üzü görmüşdür. Kitabın müəllifi AVCİYA Seçki Qərargahının rəhbəri  t.ü.e.d.,professor Məhərrəm Zülfüqarlı, redaktoru AVCİYA-nın I Vitse Prezidenti p.ü.f.d. Dəyanət Musayevdir.

AVCİYA Seçki Qərargahı