AVCİYA müşahidəçilər üçün yaddaş kitabçası nəşr etdi

Mövlud Çavuşoğlu: “Ukrayna və Rusiya nümayəndələrinin görüşündə müəyyən razılıqlar əldə olundu”
Operativ Qərargah: Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı
“Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 09 fevral 2020-ci il Milli Məclisə növbədənkənar seçkilər ərəfəsi “2020-ci il MİLLİ  MƏCLİSƏ NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRİN MONİTORİNQİ” adlı kitabça nəşr edib. Bu kitabça AVCİYA-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı nəşr etdiyi 2-ci, 2004-cü ildən bəri nəşr etdiyi 21-ci kitabdır. Kitabça aşğıdakı hissələrdən ibarətdir:

  • Milli Məclisə keçirilmiş seçkilər haqqında qısa məlumat
  •  Müşahidəçinin hüquq və vəzifələri
  • Müşahidə aparılmasının prinsipləri
  •  Müşahidəçilər üçün davranış qaydaları
  • Müşahidəçi nəyi bilməlidir?                        
  • Rəsmi şikayət ərizələrinin verilməsi qaydaları
  • Seçki hüququnun pozulmasına aid edilən hallar
  • AVCİYA-nın seçkilər və referendumlarda iştirakı haqqında məlumat                  

Nəşr olunmuş kitabça müşahidəçilərə kömək məqsədilə hazırlanıb və AVCİYA-nın regionlarda keçirdiyi treniqlərdə müşahidəçilərə təqdim ediləcək.

AVCİYA Seçki Qərargahı