Heydər Əliyev Mərkəzindən “COVID-19″un geniş yayıldığı ölkələrə dəstək

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib
Azərbaycan XİN Laçının işğalının 26-cı ildönümü ilə əlaqədar açıqlama yayıb

Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiya təqdim edilib.

Trend-in məlumatına görə, aprelin 3-də Mərkəzin binası üzərində Çin Xalq Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunub. Qeyd edək ki, bu gün pandemiya qurbanlarının xatirəsinə ehtiram olaraq Çində matəm elan edilib.

“COVID-19” pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq hər gün virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdiriləcək. Bununla Heydər Əliyev Mərkəzi “COVID-19″un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Mərkəzin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edəcək.

trend.az