Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər
Vətəndaşlar işğaldan azad olunmuş ərazilərə səfər edə biləcəklər
Azərbaycanın pravoslav xristian icmasına

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, 6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 28-33 metr/saniyəyədək güclənəcəyi, aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 6-sı səhərdən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Aprelin 6-sı səhərdən 7-si səhərədək qərb küləyi 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 28-33 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

AZƏRTAC