Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması: Cəbrayıl rayonu

Meksika televiziyasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında reportaj efirə gedib
Ahıska Türk mədəniyyətinin etnik tipologiyası – Maarif, folklor və ədəbiyyat
Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən II hissə

                                                       YENİ   LAYİHƏSİ

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2011-ci ildə Azərbaycan Respublikasının erməni təcavüzünə   məruz qalmış  Dağlıq Qarabağ və ətaraf ərazilərə, habelə sərhəd ərazilərində yerləşən rayonlara dəymiş ziyanın hesablanması ilə bağlı layihə həyata keçirmişdir. Müzəffər Azərbaycan ordusunun ərazilərin azad olunması ilə bağlı 27 sentyabr 2020-ci ildən başladığı qəhrəman mübarizə bu layihənin davam etdirilməsini aktual etmişdir.  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının yeni layihəsi çərçivəsində 2011-ci ilə qədər görülmüş işlərin davam etdiriləci nəzərdə tutulur.

Layihə çərçivəsində  işğaldan azad olunmuş rayonlara dəymiş ziyan haqqında AVCİYA ekspertlərinin arşdırmaları nəticəsində əldə olunmuş materiallar barədə məlumatlar veriləcək. İlk məlumat Cəbrayıl rayonu haqqındadır.

                                              CƏBRAYIL RAYONU

Cəbrayıl rayonu 8 avqust 1930 -cu ildə yaranmış, 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1050 km2, 23 inzibati ərazi nümayəndəliyi olmaqla 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olmuşdur.

Ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m).

23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir.

Hazırda 15998 ailədə birləşmiş 66167 nəfər rayon əhalisi Respublikanın 58 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Əhalinin 31 min 893 nəfəri (48.2 faizi) Bakı şəhəri, Bakıətrafı qəsəbələrdə, 3 min 970 nəfəri (6 faiz) Abşeron rayonunda, 5 min 624 nəfəri (8.5 faizi) Sumqayıt şəhərində, 18 min 262 nəfəri (27.6 faizi) Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə, 6 min 418 nəfəri isə (9.7 faizi) digər şəhər və rayonlarda məskunlaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50 ev, 96 şagird yerlik məktəb, məscid, 35/10kv-luq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, “Azəravtoyol” ASC-nin xüsusi təyinatlı yol istismar müəssisəsi və digər infrastrukturlar tikilərək istifadəyə verilmiş, kəndə 9 km asfalt örtüklü yol çəkilmişdir.

  14 iyun 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cəbrayıl rayonunun İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak etmişdir.

Cənab Prezidentin “ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 iyun 2017-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, klub-icma mərkəzi, poçt, inzibati ərazi dairə üzrə nümayəndəliyin binası və digər zəruri sosial infrastruktur obyektlərinin tikintisi tam başa çatdırılmışdır. 30.05.2018-ci il tarixdən sakinlərin kəndə köçürülməsinə başlanılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında” 13 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən su çəkilşi layihəsi üzrə əsas işlər tam başa çatdırılmışdır.

Cəbrayıl rayonu üzrə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış və məhv edilmiş obyektlər haqqında məlumat

Dəymiş zərərin ümumi miqdarı 3.450.300.0 min ( üç milyard dörd yüz əlli milyon üş yüz min) ABŞ dolları həcmindədir. Xüsusi vurğulayaq ki, bu miqdar ABŞ dollarının  1994-cü il üçün olan məzənnəsi ilə hesablanıb.

Həmin miqdarın bugünkü ekvivalenti 13,928 milyard (on üç milyard doqquz yüz iyirmi səkkiz) ABŞ dolları məbləğindədir.

   Dağıdılmış və məhv edilmiş obyektlər.    Ölçü vahidi    Ümumi miqdarı    Ümumi dəyəri(min ABŞ dolları) 1994-cü il üçün qiymətlər.  
1.  İşğal edilmiş və ya dağıdılmış yaşayış məntəqələri  ədəd  97 
2.  Yaşayış evləri, mənzillər (şəhərdə, yaşayış məntəqələrində)  ədəd  14000  700.00
3.  Sənaye obyektləriədəd868.400
4.  Kənd təsərrüfatı obyektləri (texnika, nəqliyyat və s.)  ədəd44 
   Əkinçilik sahələri    Ha  20426  92.000
   Maldarlıq təsərrüfatları    ədəd  180  27.000
 İribuynuzlu heyvanlar  Baş140786.300
 Xırdabunuzlu heyvanlarBaş591645.900
   Meyvə və üzüm bağları    Ha  6462  51.700
 Otlaqlar  Ha3037982.000
  5.  Rabitə obyektləri  ədəd  65  1.100
  6.  Səhiyyə müəssisələri  ədəd  83 
 Xəstəxanalar  ədəd77169.000
 Poliklinikalar  ədəd1300
 Doğum evləri  ədəd1300
 Apteklər  ədəd4400
7.  Tədris müəssisələri (məktəblər, texnikumlar)    ədəd  91  133.250
8.  Məktəbəqədər müəssisələr (bağçalar)    ədəd  35  1.750
9.    Mədəniyyət müəssisələri  ədəd  149 
   Kitabxanalar    ədəd  78  62.300
 Klublar  ədəd4080.000
 Uşaq musiqi Məktəbləri  ədəd21.500
 Muzeylər  ədəd2500
 Muzey eksponatları  ədəd50005.000
10.  Məscidlərədəd51.000
11    Avtomobil yolları  Km  320199.000
12.    Dəmir yolu xətləri  Km  5252.000
13.    Körpülər (avtomobil, dəmir yolu və s)  ədəd  564.000
14.    Su anbarları  ədəd  28  600
15.    Magistral su xətləri (kanalları)  Km  60km,142 ədəd  19.000
16    Elektrik xətləri  Km281km/61870 kVa  18.000
17.    Magistral qaz boru xətləri  Km  150  4.500
18.    Meşə sahələri  Ha  4480  151.100
19.    Tarixi və dini abidələr  ədəd  134  12.000
20.    Fərdi əmlak (mənzil, məişət) əşyaları    560.000
21.    Nəqliyyat vasitələri, maşın, mexanizmlər, avadanlıqlar.      166.000
22.    Arı ailəsi  ədəd  2300  2.100
23.    Tikinti müəssisələri  ədəd  11  37.000    
  24.    Mühəndis infrastrukturu      72.000
25    Kəhrizlər  ədəd  11    120.000
26.    İctimai binalar.  ədəd  886  543.300
   Dəymiş ziyanın ümumi miqdarı.    3.450.300.0

Mənbə: Elxan Süleymanov və Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabı, www.cabrail-ih.gov.az