Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması: Fizuli rayonu

Energetika Nazirliyi: OPEC Katibliyi müddətsiz Xartiyanı ratifikasiya üçün Azərbaycana təqdim edib
Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad edib
Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası davam edir

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

23 avqust 1993-cü  il tarixdə ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 105 min nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir. 

05 yanvar 1994-cü ildə Azərbaycan Respublikası silahlı qüvvələrinin hücumu  nəticəsində rayonun  22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərdə rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkindir.   6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir.   

Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.

 Azərbaycan Respublikası Prezidentinin komandanlığı ilə Azərbaycan ordusu tərəfindən 27.09.2020-ci il tarixdən başlayaraq aparılan döyüş əməliyyatları nəticəsində Füzuli şəhəri daxil olmaqla 24 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Füzuli rayonu üzrə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış və məhv edilmiş obyektlər haqqında

MƏLUMAT

  Dağıdılmış və məhv edilmiş obyektlər.   Ölçü vahidi   Ümumi miqdarı   Ümumi dəyəri
 İşğal edilmiş və ya dağıdılmış yaşayış məntəqəsiədəd842.575.000.000
 Sənaye obyektiədəd4545.875.000
 Kənd təsərrüfatı obyekti (texnika, nəqliyyat və s.)ədəd990117.810.349
 Rabitə obyektiədəd391.948.690  
 Səhiyyə müəssisəsi    61 xəstəxana, həkim məntəqəsi və feldşer mama məntəqəsi; 2 poliklinika;1 doğum evi;63 aptek;ədəd1277.496.000  
 Tədris müəssisəsi (məktəblər, texnikumlar)ədəd881.386.962
   Məktəbəqədər müəssisə (bağça)ədəd761.765.000
 Mədəniyyət müəssisəsi 90 kitabxana;2.770 klub, mədəniyyət evi, teatr;3 muzey;1 muzey eksponatı;ədəd18319.568.000
 Məscidədəd10500.000
 Avtomobil yolu  km235,72.763.181
 Dəmir yolu xətti  km363.900.000
 Körpü  (avtomobil, dəmir yolu və s.)ədəd161.815.970
 Su ambarıədəd965.000.000
 Magistral su xətti (kanallar)km85919.890.000
 Elektrik xətti  km2.1145.290.680
 Magistral qaz boru xəttikm2102.586.666
 Meşə sahəsi  ha681.680.000

Dəymiş ziyanın ümumi miqdarı  4.742.932.050  ( dörd milyard yeddi yüz qırx iki milyon doqquz yüz otuz iki min əlli) ABŞ Dolları həcmindədir.

Qeyd: hesablamalar 1994-cü il üçün olan qiymətlərlə aparılmışdır.

Mənbə: Elxan Süleymanov və Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabı; http://www.fuzuli-ih.gov.az/