Texnoloq ABŞ-dakı seçkilər HAQDA: “Çoxsaylı pozuntular var”

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasının ilk iclası onlayn formatda keçirilib
“Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda konfrans keçirilib
Prezident və birinci xanım Bakıda “Şərq Bazarı” kompleksində yaradılan şəraitlə tanış olublar

Amerikada baş tutan prezident seçkilərinin bütün dünya üçün əhəmiyyətli mövzu olduğu  bəllidir. Seçimin nəticəsi Amerika ilə birlikdə bir çox ölkəyə öz təsirini göstərəcək.

Bu barədə Modern.az- a danışan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seçki prosesini təhlil edib. O bildirib ki,  ilkin nəticələrə əsaslanaraq seçki barədə əmin danışmaq olmaz:

“Seçkilər həmişə diqqət mərkəzində olub. Adətən respublikaçıların namizədi prezident seçiləndə ABŞ dünyada daha sərt siyasət yeridir. Demokratların nümayəndəsi gəldiyi halda bir qədər yumşaq olur. Proses davam edir, dəyişikliklərin olması çox normaldır. Məntiqə söykənən, dünyayı sülhə səsləyən prezident olmasına üstünlük veririk. Trampın mövqeyi qeyri-müəyyən olduğuna görə onun haqqında birmənalı danışmaq olmur. O, əvvəlki siyasətdən daha fərqli bir siyasət yeritdi. Bir sıra beynəlxalq təşkilatlara qarşı sərt reaksiya nümayiş etdirdi. Azərbaycan son atılan addımlarla sübut etdi ki, hər ölkənin problemini onun öz xalqı həll etməlidir. Buna görə də digər ölkə seçimləri ölkəmizə çox böyük təsir etməyəcək. Azəbaycan güclü olduğu halda böyük dövlətlər bizimlə əlaqələr saxlamağa can atacaq”.

Texnoloq, onlayn seçkilərin dünya seçki mexanizmində bir sıra qaydaları dəyişdircəyini vurğulayıb:

“Amerikada seçki sistemi mürəkkəbdir. Orda birinci səsverənləri seçirlər. İkinci mərhələdə seçilən sesverməyə başlayır. Cənab prezident verdiyi müsahibədə, jurnalistin Amerikadakı seçimləri demokratik adlandırdığı vaxt “sizin prezident Ali Məhkəmənin qərarı ilə seçilir”-deyə jurnalistə dəqiq xatırlatma etmişdi. İnkişaf etmiş ölkələrdə demokratiyanın bərqərar olduğunu, seçkilərin guya tam şəffaf keçirildiyini hesab edirik. Lakin Amerikada belə prosesin gedişində çoxsaylı seçki pozuntuları olur. Orada seçkilərdə seçicilərlə yanaşı digər subyektiv amillərin də rolu var. Ona görə də biz öz seçki sistemimizi gücləndirməyə çalışmalıyıq”.

Modern.az