Gəncədə erməni terroru nəticəsində dağılan məktəblərin istifadəyə veriləcəyi tarix açıqlanıb

Doqquz ay ərzində respublikanın su hövzələrinə 370 milyon balıq körpəsi buraxılıb
Gənclər və idman naziri UNESCO-nun komitə sədri seçilib
Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

“Gəncə şəhərinə atılan raket nəticəsində ümumilikdə 9 məktəbə ziyan dəyib. Onlardan 4 və 29 saylı məktəblərə ciddi ziyan dəyib, digərlərində 3, 5, 15 pəncərəsi sınanlar var. Onların bir neçəsində pəncərələrinin, çərçivələrin bərpası işləri başa çatıb, bir neçəsində davam edir”.

Bunu Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev deyib.

O bildirib ki, 4 nömrəli məktəbin bir korpusu tamamilə yararsız vəziyyətdədir və təmir üçün saxlanılıb: “Məktəbin digər korpuslarında tədris davam edəcək. 29 nömrəli məktəb köhnə olduğu üçün terror aktı nəticəsində ora ciddi ziyan dəyib. Həmin məktəbdə tədris dayandırlıb. Məktəbin 929 şagirdi dərslərə yaxınlıqda yeni tikilmiş 18 nömrəli məktəbdə davam edəcəklər. 7 məktəbin bir neçəsinin pəncərə və çərçivələlərin təmiri bitib, bir neçəsi üzərində iş gedir. Bunlarda fevralın 1-ə qədər tam təmir olunub istifadəyə veriləcək”.

Report