Prezident İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılmasına dair Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
2021-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qeydiyyata alınmış əmtəə nişanlarının sayı açıqlanıb
Prezidentin iştirakı ilə Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi keçirilib

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılmasına dair Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın milli poetik fikir salnaməsinə yeni səhifələr yazan novator sənətkar kimi böyük şöhrət qazandığı, ana dilinin zənginliklərindən uğurla faydalanaraq, yarım əsrə yaxın dövr ərzində daim yüksək bədii dəyəri ilə seçilən çox sayda əsərlər yaratdığı, eyni zamanda, ölkənin ictimai və mədəni həyatında yaxından iştirak edərək, genişmiqyaslı dolğun fəaliyyəti ilə tanındığı qeyd olunub.

Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi tapşırılıb.