Hans Kluge: Bu, yeni pandemiyanın başlanğıcı deyil

Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir
Özbəkistan QHT-lərindən ibarət nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

“Koronavirusun mutasiya olunmuş variantlarının yayılması pandemiyanın yeni dalğasına səbəb olmayacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluge “El Pais” qəzetinə müsahibəsində bildirib.

“Yeni variantlar virusun hələ də bizə zərbə vurduğunu vəhşicəsinə xatırladır. Ancaq bu, yeni virus deyil, bu, sahibinə, yəni insana uyğunlaşmağa çalışan hər bir patogenin normal təkamülüdür. Bu, yeni pandemiyanın başlanğıcı deyil, amma əlbəttə ki, çox sayıq olmalıyıq”, – o deyib.

H.Klugenin fikrincə, sayıqlıq vacibdir, çünki yeni ştamlar yenidən yoluxmaya və infeksiyanın daha sürətli yayılmasına səbəb ola bilər. Bu da bəzi ölkələrin səhiyyə sistemlərinin pandemiya ilə mübarizə aparmasını çətinləşdirəcək.

“Bir də ona görə ki, yeni ştamlar vaksinlərin effektivliyinə təsir edə bilər. Bunu qrip xəstəliyində də görmüşük, bir qədər fərqli peyvənd tələb edən variantlar ola bilər. Sayıq olmalıyıq, çünki virusun daha sürətli yayılarsa və aşılanan insanların hərəkəti artarsa, ölüm hallarının sayında da artım ola bilər. Dürüst olmalıyıq: 2021-ci il növbəti COVID-19 ili olacaq. Amma daha idarəolunan, daha çox proqnozlaşdırıla bilən halı ilə”, – ÜST rəsmisi vurğulayıb.

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri dünyada təxminən 106,9 milyon insan koronavirusa yoluxub, 2,3 milyondan çox COVID-19 xəstəsi ölüb.

Report