Siyasi partiyalar maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyə başlayıb

Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşib
Milli Məclis 15 məsələnin müzakirəsinə başlayıb
İƏT Təmas Qrupu Qarabağa səfərin yekunları ilə bağlı hesabatını tərtib edəcək

Siyasi partiyalar 2020-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyə başlayıb.

Dövlət qeydiyyatından keçmiş 62 partiyadan 5-i artıq ötən illə bağlı maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar Yeni Azərbaycan Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası və Azərbaycan Liberal Partiyasıdır.

Xatırladaq ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

APA