ABDULLAYEV Namiq Vahid oğlu

ƏLİYEV Yavər Yaqub oğlu
MAKEYEV İqor Vladimiroviç
HƏSƏNOV İlham Gülbala oğlu

(10.5.1974, Ağcabədi r-nunun Avşar k. – 9.2.1993, Xocavənd r.) – Azərbaycanın Milli Qəhrəmanı (16.9.1994, ölümündən sonra)

1991-ci ildə Avşar kənd orta məktəbini bitirən Namiq, valideynlərinə orduya getmək istəyini bildirir. Lakin istəyi yerinə yetmir. O, torpaqlarımızın işğal edilməsinə dözə bilmir, Qarabağda gedən döyüşləri diqqətlə izləyir, əsgəri vaxtının çatmasını ürək çırpıntısı ilə gözləyirdi. Nəhayət ki, N.Abdullayev 1992-ci ilin dekabrında cəbhəyə gedir və atasının döyüşdüyü taborun tərkibində silaha sarılır. O, ilk günlərdən özünün nəyə qadir olduğunu yağılara göstərir, Qarabağın bir neçə kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşur.

1993-cü il fevralın 9-da erməni yaraqlıları Xocavənd rayonu ərazisində mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər. Düşmənin güclü hərbi texnikası qarşısında, təbii ki, kiçik bir dəstə tab gətirə bilməzdi. Lakin döyüşçülərimiz ölümün gözünə dik baxaraq, hücumu dəf etməyə çalışırdılar. Sıravi döyüşçü N.Abdullayev düşmənə bir daha öz gücünü göstərdi. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxıb, özünü tankın altına atdı. Zirehli hərb maşınının bütün heyəti məhv edildi. Vətənin bu cəsur oğlu əbədiyyətə qovuşdu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Avşar kəndində dəfn edilib. Avşar kənd orta məktəbi onun adını daşıyır.

 

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 16

 

” width=”20″ height=”20″>