Meksika televiziyasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında reportaj efirə gedib

24 aprel – Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü
İlham Əliyev Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib
Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub

Meksikanın geniş izləyici kütləsinə malik “Canal Once” dövlət televiziyasının “Xəbərlər” proqramında işğaldan azad olunmuş ərazilərimizə səfər etmiş tanınmış meksikalı jurnalist Federiko Lamontun Şuşada səfir Məmməd Talıbovdan bölgədəki vəziyyət barədə götürdüyü müsahibə efirə gedib.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibədə əsası Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinin Azərbaycan üçün xüsusi coğrafi-siyasi və tarixi-mədəni əhəmiyyət kəsb etdiyini bildirən səfir, Şuşa şəhərinin işğaldan azad edilməsinin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığını söyləyib.

AZƏRTAC