Meksika televiziyasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında reportaj efirə gedib

Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən II hissə
Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcək
Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü

Meksikanın geniş izləyici kütləsinə malik “Canal Once” dövlət televiziyasının “Xəbərlər” proqramında işğaldan azad olunmuş ərazilərimizə səfər etmiş tanınmış meksikalı jurnalist Federiko Lamontun Şuşada səfir Məmməd Talıbovdan bölgədəki vəziyyət barədə götürdüyü müsahibə efirə gedib.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibədə əsası Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinin Azərbaycan üçün xüsusi coğrafi-siyasi və tarixi-mədəni əhəmiyyət kəsb etdiyini bildirən səfir, Şuşa şəhərinin işğaldan azad edilməsinin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığını söyləyib.

AZƏRTAC