AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlı: Azərbaycan Ordusunun Şuşanı azad etmək üçün göstərdiyi böyük rəşadətlə həmişə qürur duyacağıq

Statistika Komitəsi Azərbaycan əhalisinin sayını açıqlayıb
Bu gün Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir
Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir

Bakıdan Şuşaya birbaşa “Zəfər yolu” ilə gəldik. Qarabağın tacı Şuşamıza bu möhtəşəm yolla gəldiyimiz üçün çox şad olduq.

Bu sözləri Şuşada AZƏRTAC-a müsahibəsində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vitse-prezidenti, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı deyib.

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin (QHT) Şuşaya səfərinin əlamətdar hadisə olduğunu bildirən M.Zülfüqarlı bunun ən böyük arzularından biri olduğunu bildirib. O deyib: “Şuşanı canlı görmək çoxdankı böyük arzumuz idi. Doğma Şuşa bizə qucaq açdı, xəyallarımız gerçəkləşdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etmək üçün göstərdiyi böyük rəşadətlə həmişə qürur duyacağıq”.

AVCİYA-nın Şuşanın tarixinə aid 4 dildə kitab nəşr etdirdiyini vurğulayan Məhərrəm Zülfüqarlı bildirib: “Assosiasiyamız xalqımızın tarixində, mədəni irsinin qorunmasında və ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad olunmasına həsr edilmiş vacib layihəyə imza atıb – Azərbaycan, türk, ingilis və rus dillərində “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı işıq üzü görüb.

Şuşaya səfər zamanı burada nəhəng quruculuq işlərinin şahidi olduqlarını deyən M.Zülfüqarlı Azərbaycan rəhbərliyinin diqqət və qayğısı ilə Azərbaycanın bu qədim şəhəri dirçəldiyini bildirib. Əminliklə vurğulayıb ki, tezliklə insanlarımız işğaldan azad edilmiş torpaqlarımızda məskunlaşacaq.

AZƏRTAC