Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən müəssisələrlə görüş keçirilib

Peşə təhsili müəssisələrində işləmək istəyənlərin nəzərinə: Sabah sənəd qəbulu başa çatır
Bu ilin ilk marşrut xətti Bakıdan Cocuq Mərcanlı istiqamətinə açılacaq
Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması: Fizuli rayonu

Peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən müəssisələrlə görüş keçirilib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə komissiyanın son qərarına əsasən seçilmiş müəssisələr tərəfindən tədris olunacaq peşə və ya ixtisaslar, həmin peşə və ya ixtisaslar üzrə müəyyən olunmuş xərc məbləğləri, tədris planı, prosesə cəlb olunan pedaqoji heyətin bilik və bacarıq səviyyəsi, eləcə də peşə hazırlığının təşkili, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması istiqamətində görüləcək işlər müzakirə edilib.

Peşə hazırlığını həyata keçirmək üçün seçilmiş müəssisələr aşağıdakılardır: Business Management School, Code Academy, Dadashsoy Group MMC, HROPTİON MMC, Safety Qualification Advisory Group, SAT Group MMC, TCS MMC, TexnoLab MMC, İNNAB, “IT Learning Center” MMC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İKT Tətbiqi və Tədrisi Mərkəzi” MMC, Hadigro MMC

Peşə hazırlığı ilə məşğul olan müəssisələr adambaşına maliyyələşdirmə proqramına qoşulmaq üçün https://forms.gle/i2bg2ab1RmCLQdfb6 linki vasitəsilə müraciət edib, qeydiyyatdan keçə bilərlər.

AZƏRTAC