Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə görüş keçirilib

Almaniya, Fransa və İtaliya liderləri Kiyevə gəliblər
Şahin Mustafayev Baş Nazirin müavini təyin olunub
İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Görüşdə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində 2018-ci il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil edilib, həmçinin cari il üçün tədbirlərin planlaşdırılması məsələləri nəzərdən keçirilib və yeni əməkdaşlıq sahələri müəyyən edilib.