Hande Harmancı: Xəstəlikdən xilas olmaq üçün peyvəndlə yanaşı maskadan istifadə etmək çox vacibdir

Gələnilki Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Ankarada keçirilməsi planlaşdırılır
Müdafiə Nazirliyi: Döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub
Məzahir Pənahov səs verib

“Azərbaycanda peyvənd qəbul edən insanların sayında artım olması sevindiricidir”.

Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST nümayəndəsi bildirib ki, Azərbaycan regionda ilk peyvəndləməyə başlayan ölkələrdən biridir: “Nə qədər çox insan daha sürətlə peyvənd qəbul edərsə, bu xəstəliklə mübarizədə əhəmiyyətli nəticəyə gətirib çıxaracaq. İndiyə qədər Azərbaycanda əhalinin təxminən 30%-i iki doza peyvənd qəbul edib. Amma sadəcə peyvənd kifayət etmir. Bütün dünya başa düşdü ki, sadəcə peyvəndlə bu xəstəlikdən xilas olmaq mümkün deyil. Yenə də qapalı, insanların çox olduğu yerlərdə maskadan istifadə etmək çox vacibdir”.

APA