ÜST-ün məqsədi: Bu ilin sonuna qədər hər bir ölkə əhalisinin ən azı 40 faizinin koronavirusa qarşı peyvənd edilməsi

Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini təsdiqləyib
Müdafiə Nazirliyi: “Qanunsuz erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb”
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

Dünyada tibb də daxil olmaqla, koronavirus pandemiyasına qalib gəlmək üçün bütün lazımi alətlər var, lakin bu imkanlardan düzgün istifadə edilmir. AZƏRTAC xəbər verir ki, bu barədə dünya ictimaiyyətini ilin sonuna qədər bütün ölkələrdə COVID-19 əleyhinə vaksinasiya ilə ən azı 40 faiz əhatə olunmasına nail olmağa çağıran Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Berlində keçirilən Ümumdünya Səhiyyə Sammitində çıxış edərək, Qebreyesus deyib ki, ona pandemiyanın nə vaxt bitəcəyi ilə bağlı sual çox verilir. “Mənim cavabım: pandemiya dünya onu bitirmək qərarına gəldikdə sona çatacaq. Bu bizim əlimizdədir”, – deyə ÜST rəhbəri əlavə edib ki, dünya ictimaiyyətinin, ictimai səhiyyə və tibb sahəsi də daxil olmaqla, “pandemiyaya qalib gəlmək üçün bütün zəruri alətləri var”. “Lakin dünya bu alətlərdən yaxşı istifadə etməyib. Hər həftə təxminən 50 min insan ölür və pandemiyanın bitməsinə hələ çox var. Və bunlar yalnız məlumatları daxil olan ölüm hallarıdır”, – deyə Baş direktor qeyd edib.

O, ÜST-nin daha əvvəl elan edildiyi məqsədi xatırladıb: 2021-ci ilin sonuna qədər hər bir ölkə əhalisinin ən azı 40 faizini koronavirusa qarşı peyvənd etmək. Qebreyesus vurğulayıb ki, bu məqsədə “yalnız peyvənd tədarükünə nəzarət edən ölkələrin və şirkətlərin bəyanatları hərəkətləri ilə uyğun gəldiyi təqdirdə” çatmaq olar. O, bütün G20 ölkələri də daxil olmaqla, artıq 40 faiz peyvəndlərlə əhatə olunmaq məqsədinə nail olmuş dövlətləri, beynəlxalq COVAX mexanizminə və vaksinin əldə edilməsi üzrə Afrika Hədəf Qrupuna (AVAT) prioritet qaydada dərmanları tədarük etməyə çağırıb.

AZƏRTAC