G20 ölkələrinin liderləri qlobal vergi sistemində islahatları təsdiqləyiblər

Yeni Azərbaycan Partiyasının VI qurultayı aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Prezident İlham Əliyevin namizədliyini irəli sürüb
Prezident COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək

Ötən həftəsonu Romada keçirilən sammit zamanı G20 ölkələrinin liderləri qlobal vergi sistemində islahatları təsdiqləyiblər. Bu islahat çərçivəsində transmilli şirkətlərdən tutulacaq mənfəət vergisinin minimal dərəcəsi 2023-cü ildən 15% səviyyəsində müəyyən ediləcək.

“APA-Economics”in məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqlamasında deyilir.

Cari ilin oktyabr ayında 136 ölkə və yurisdiksiyanın (qlobal ÜDM-in 90%-dən çox bu ölkələrin payına düşür) təsdiq etdiyi islahat dünyanın ən böyük transmilli şirkətləri üçün vergi hüquqlarının yenidən bölüşdürülməsini nəzərdə tutur. Bu maddəyə uyğun olaraq, dövlətlər fiziki olaraq bu şirkətlərdə təmsil olunmasa belə, müəyyən bir ölkədə baş verən beynəlxalq korporasiyaların fəaliyyətinə vergi tətbiq etmək hüququna malik olacaqlar.

OECD hesab edir ki, islahatın həyata keçirilməsi dünyanın 100-ə yaxın ən böyük və ən gəlirli transmilli şirkətinin mənfəətinin daha çox məbləğdə vergiyə cəlb edilməsi hüquqlarının yenidən bölüşdürülməsinə gətirib çıxaracaq. Bu, təxminən 125 mlrd. dollardan çox məbləği əhatə edir.

İllik gəlirləri 750 mln. avrodan çox olan şirkətlərə şamil ediləcək yeni minimum 15%-lik korporativ vergi dərəcəsi hər il təxminən 150 mlrd. dollarlıq qlobal vergi yığımlarını təmin edəcək.

Qlobal vergi islahatları ilə bağlı müzakirələrə qatılan 140 ölkədən yalnız 4-ü (Keniya, Nigeriya, Pakistan və Şri-Lanka) hələ də müqaviləyə qoşulmayıb.

Xatırladaq ki, G20 qlobal vergi sistemində islahat prosesinə 2013-cü ildən başlayıb. Hazırda dövlətlər onun qüvvəyə minməsi üçün daxili qanunları və beynəlxalq müqavilələri dəyişdirməlidir.

APA