Gələn ilin ilk 5 ayında “Ağıllı kənd”ə sakinlərin köçürülməsi tamamilə yekunlaşa bilər

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib
Prezident İlham Əliyev bir il əvvəlki reytinqini və seçicilərinin yüksək etimadını daha da artırıb
Prezident İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib

“Zəngilan rayonunun Ağalı kəndində yaradılan “Ağıllı kənd”də ilkin mərhələ üzrə işlər yekunlaşmaq üzrədir”.

Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.

“Yaxın vaxtlarda kənd sakinlərinin ora köçürülməsinə başlanılacaq. Dayanıqlı məskunlaşma üçün ilk növbədə zəruri infrastrukturda (məktəb, xəstəxana, market, icra nümayəndəliyi və s.) çalışan insanları köçürməliyik, daha sonra digər insanların köçürülməsi təmin ediləcək. Ona görə də tikinti işləri mərhələli şəkildə aparılır. Artıq ilkin mərhələ üzrə işlər, o cümlədən zəruri infrastruktur işləri yekunlaşmaq üzrədir. Düşünürük ki, gələn ilin ilk 5 ayında sakinlərin köçürülməsi tamamilə yekunlaşa bilər. Köçürülmə könüllü olacaq və bu il başlayacaq. Qış fəslidir, sakinlərin istəyindən çox şey asılıdır. Hazırda kənd sakinləri ilə bu istiqamətdə işlər aparılır. Kəndin rəsmiləri ilə yanaşı eyni zamanda icma qrupu ilə işlər aparılır. Kimlərin istəyi olacaqsa, bu ilin sonuna doğru onların köçürülməsinə başlanıla bilər. Təxminən 1 400 nəfərin köçürülməsi nəzərdə tutulur”, – o qeyd edib.

M.Əliyevin sözlərinə görə, “Ağıllı kənd”də çox sadə xüsusi sistemlər qurulub: “Sakinlərin bu sistemləri işlətməsi üçün hər hansı bir çətinlik yoxdur. “Ağıllı kənd” heç də “Ağıllı ev” demək deyil, “Ağıllı kənd ” özünü təmin edə bilən, insanlar üçün iş yeri yarada bilən, rahat həyat tərzi keçirməyə imkan verən kənddir. Bəzi insanlar “Ağıllı kənd” deyəndə internetdən şəkil tapırlar, kondisionerli, telefonlu evləri nəzərdə tuturlar. “Ağıllı kənd”in mühəndis planlaşdırılmasında bütün qədim Qarabağ elementlərinə əməl edilib. Evlərdə xüsusi izolyasiya sistemləri qurulur ki, onların məsrəfləri əhəmiyyətli dərəcədə az olsun”.

Report