Niderlandda mart soyqırımı ilə bağlı “Səssiz yürüş” keçirilib

ATƏT-in sədri yeni xüsusi elçilərinin adlarını açıqlayıb.
Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub
Şamaxıda “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışı olub

Niderland Krallığının Rotterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) ve Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “Səssiz yürüş” aksiyası keçirilib.

AAK-dan APA-ya verilən məlumata görə, bu il erməni terrorçularının azərbaycanlılara qarşı törətdiyi soyqırımının 100 illiyi ilə əlaqədar Benilüks ölkələrində də silsilə tədbirlər təşkil olunur.

Rotterdam şəhərində keçirilən aksiyaya Niderland Krallığında fəaliyyət göstərən türk, Latviya, Litva, Estoniya, İraq türkmənlərinin diaspor təşkilatları da yaxından dəstək verib. Aksiya iştirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildiriblər.

BAK-ın birinci vitse-prezidenti, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Elsevər Məmmədov bildirib ki, indi Avropada güclü Azərbaycan diasporu mövcüddur: “Azərbaycanlılar Avropanın istənilən ölkəsində öz gücünü göstərməyə qadirdilər”.  Aksiya iştirakçıları eyni zamanda Niderland Parlamentinin alt palatasında, sözdə “erməni soyqırımını” qəbul etdikləri sənədə görə öz qəti etirazlarını bildirərək bundan sonra da hər zaman Türkiyənin yanında olacaqlarını bildiriblər. AAK və BAK  Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi, Niderlandda və Belçikada fəaliyyət göstərən Azərbaycanın diplomatik korpusları ilə birgə fəaliyyət göstərir.