Avropa Parlamentində Azərbaycanla bağlı məruzə səsverməyə çıxarıldı

AVCİYA Şən və Hazırcavablar Klubundan təxribata son qoyulmasını tələb edib
Qarabağ üçün son 9 min imza – Sən də qoşul
AVCİYA vətənpərvərlər şəbəkəsi yaradır

“Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çərşənbə axşamı, 14 iyun 2016-cı ildə Azərbaycana dair məruzəyə səsvermə müsbət nəticələnib. Azərbaycana Avropa İttifaqı tərəfindən maliyyələşdirilən proqramlarda iştirak imkanı verəcək beynəlxalq sazişin ratifikasiyasını nəzərdə tutan bu məruzənin 2015-ci ildən bəri güclü anti-Azərbaycan kampaniyası tərəfindən qarşısı alınırdı”.

Bu barədə Modern.az saytına Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov  məlumat verib.

Onun sözlərinə  görə, Avropa Parlamentində Azərbaycana qarşı böhtan və tənqid dalğası davam edirdi. Bu isə  Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə bütün əlaqələri kəsməsinə və Avropa İttifaqı çərçivəsindəki Avronest Assambleyasından geri çəkilməsinə gətirib çıxarmışdı.

“Buna baxmayaraq, Azərbaycanla  əməkdaşlığa və müsbət əlaqələrə maraq göstərən Avropa Parlamentinin üzvləri əlaqələri bərpa etmək üçün ciddi işləyib.

Belə üzvlərdən biri, ruminiyalı xanım Norika Nikolay çərşənbə axşamı qəbul edilmiş məruzənin məruzəçisidir. Xanım Norika Nikolay əməkdaşlığı davam etdirməyin həlli yollarını tapmaq məqsədilə 1-3 iyun tarixlərində Bakıya səfər edib. O, səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev və ədliyyə naziri cənab Fikrət Məmmədovla  görüşüb. Görüş zamanı cənab Prezident İlham Əliyev qeyd edib ki, Avropa Parlamentində anti-Azərbaycan qüvvələrinin mənfi münasibəti əməkdaşlığa həqiqətən maraq göstərən Avropa Komissiyasının fəaliyyəti ilə ziddiyyət təşkil edir.

Məruzənin Xarici Əlaqələr Komitəsində qəbul edilməsindən sonra Norika Nikolayın ismarışı belə olub: “Aİ ilə Azərbaycan arasında vətəndaş cəmiyyəti və insan hüquqlarına dair tərəfdaşlığın tədricən möhkəmlənəcəyi açıq-aydın sübut edildi. Bu, Azərbaycana qarşı irəli sürülmüş əvvəlki iddiaların əsassız olduğunu göstərdi. “Bundan sonra heç bir amilin əməkdaşlığımızda fasilələr yaratmamasını istəyirəm””.

Deputat bildirib ki, Avropa İttifaqı və Azərbaycan  arasında Çərçivə Sazişi”nə dair məruzənin AP-nin plenar sessiyasında səsverməyə qoyulacağı gözlənilir.

“Məruzəçi iyul sessiyasında keçiriləcək bu səsvermənin müsbət nəticələcəyinə ümidini ifadə etmişdir. Bu dəfə Xarici Əlaqələr Komitəsində əldə edilmiş müsbət səsvermə Azərbaycanla bağlı çox müsbət ismarışdır. Bu nəticə belə şərh edilə bilər ki, hələ də əməkdaşlığa ümid var və AP-nin bir çox üzvləri qarşılıqlı tərəqqi və sülh, eləcə də ticarət və enerjinin inkişafı naminə müsbət əlaqələrin zəruriliyini anlayır”.

Modern.az