AVCİYA: İyun ayında mətbuatda seçki ilə bağlı yazılar azalıb

Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir
Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) prezident seçkilərinə hazırlıq prosesi çərçivəsində növbəti bülleteninin təqdimatını keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov may ayından uzunmüddətli müşahidələrə başladıqlarını bildirib: “May ayından Azərbaycanda fəaliyyət göstərən əsas KİV-lərin monitorinqini aparırıq”.

V. Əlibəyov deyib ki, hazırda seçki ilə bağlı mövzularda mətbuatda passivlik görünür. Bu da yay ayları ilə bağlıdır.

AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı builki seçkilərdə fəallığın yüksək olacağını söyləyib: “Yanvar ayından ictimai-siyasi vəziyyətlə bağlı aparılan monitorinq göstərir ki, Azərbaycan regionun ən stabil respublikasıdır. Bu da seçki mühitinə təsir göstərir və seçkilərin normal, Avropa Şurasının tələblərinə uyğun keçirilməsinə imkan yaradır. Biz bu seçkilərdə də mediada namizədlərə bərabər şəraitin yaradılması təklifi üzərində dayanacağıq”.

M. Zülfüqarlı qeyd edib ki, iyun ayında 12 qəzetdə aparılmış monitorinqin nəticələrinə görə, mətbuatda seçki ilə bağlı mövzuların may ayı ilə müqayisədə azaldığı qeydə alınıb. İqtidar qəzetlərində təbliğat, müxalifət qəzetlərində isə anti-təbliğat istiqamətli yazılar olub. Müstəqil qəzetlərdə paritetin qorunması müşahidə olunub.

M. Zülfüqarlı bildirib ki, AVCİYA seçki qərargahı seçkilərə hazırlığı, həmçinin seçki günü prosesləri izləyəcək.  Bu aydan regionlarda işləyəcək heyətin hazırlığına başlanacaq.