Anar Kərimov: “İCESCO-nun regional ofisi Şuşada fəaliyyət göstərəcək”

Böyük Qayıdış: Laçın rayonuna növbəti köç karvanı yola salınıb
QHT dövlət qurumları ilə keçmiş məhkumların reabilitasiyası sahəsində əməkdaşlığı möhkəmləndirir
Bakıda “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri açılıb

“ICESCO-nun regional ofisinin Şuşada fəaliyyət göstərməsi nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycanda ISESCO-nun regional ofisi fəaliyyətə başlayacaq: “Regional ofisin açılması ilə bağlı son dövlətdaxili prosedurlar yekunlaşmaq mərhələsindədir. Hətta artıq regional ofisin Azərbaycanda yerləşdirilməsi üçün layihə İCESCO tərəfinə göndərilib. Razılaşdırılandan sonra onun rəsmi imzalanması olacaq. Çox sevindirici haldır ki, regional ofis Şuşada fəaliyyət göstərəcək. Bilirik ki, Şuşada hazırda yenidənqurma işləri həyata keçirilir. Buna görə də ISESCO-nun regional ofisi açılana qədər müvəqqəti olaraq Bakıda öz işini görəcək”.

APA