Böyük Qayıdış: Xocalının Şuşakənd və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu CƏDVƏLİ
Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub
WUF13-ün açılış günü bəzi istiqamətlərdə nəqliyyatın hərəkətində müvəqqəti dəyişikliklər tətbiq edilə bilər

İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir. Oktyabrın 14-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Şuşakənd və Təzəbinə kəndlərinə yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 27 ailə – 116 nəfər, Təzəbinə kəndinə isə 27 ailə – 117 nəfər köçürülür. Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

AZƏRTAC