Emin Hüseynov: “Heç kim belə bir qələbənin qazanılacağını, möhtəşəm tarixin yazılacağını gözləmirdi”

Report

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edib
Azərbaycanda son sutkada 4189 nəfər COVID-19-a yoluxub, 2072 nəfər sağalıb, 40 nəfər vəfat edib
San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

“Ağdamda olarkən sakinlərə və qonaqlara deyirdim ki, igid oğulların sayəsində bu torpaqlarda gəzirik”.
“Report” xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident: Zəfərə davam, Zəfərə inam!” şüarı altında keçirilən təqdimatda çıxış edərkən deyib.
O vurğulayıb ki, heç kim belə bir qələbənin qazanılacağını, möhtəşəm tarixin yazılacağını gözləmirdi: “Düşmən isə bunu heç gözləmirdi. Amma müharibə davam edir. Biz zamana qarşı mübarizə, vətəndaşların ora qayıtması üçün mücadilə aparırıq. Əgər sakinlər ora qayıtmasa, mübarizəmizin mənası olmaz”.
E.Hüseynov qeyd edib ki, artıq Qarabağda əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün minatəmizləmə işləri həyata keçirilir: “Bu işdə iştirak edənlərin fədakarlığı nəticəsində Qarabağda quruculuq işləri aparılır. Müqəddəs borcumuzdur ki, səhv etməyək. İgid oğullarımız, Prezident ona görə əziyyət çəkməyib ki, səhlənkarlıq edilsin.
Ən önəmli işlərdən biri də Azərbaycanda iqtisadi rayonların bölgüsünün aparılmasıdır. Bu bölgü ilə rayonların əhali sayı və iqtisadi baxımdan balanslaşdırılması baş verdi. Gələcəkdə bu rayonlarda iqtisadi proseslərin qurulması üçün potensial olacaq”.

Report