Gəncədə Ermənistanın dağıtdığı məktəblərin qiymətləndirilməsi aparılır

Musa YAQUB: dost itkisinin nisgili…
BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirib
Türkiyənin hərbi-siyasi rəhbərliyi Suriya prezidenti ilə görüşüb

“Gəncə şəhərində 9 və 11 nömrəli məktəblərin qiymətləndirilməsi aparılır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Muxtar Məmmədov deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncə şəhərində mülki əhaliyə qarşı raket zərbələri endirilib: “Bu zaman təhsil infrastrukturuna da ciddi ziyan dəyib. Müvafiq qurumlarla birlikdə onların qiymətləndirilməsi aparılır. Çünki burada yalnız təhsil infrastrukturuna ziyan dəyməyib. Dövlət proqramı çərçivəsində növbəti ilin büdcəsində həmin məktəblər də nəzərə alınacaq”.

APA