Gəncədə Ermənistanın dağıtdığı məktəblərin qiymətləndirilməsi aparılır

Ombudsman Metsamor AES-in bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb
Ermənilər Laçını da evləri yandıraraq tərk edirlər
AVCİYA-nın “Borçalı söhbətləri: “XX əsrin əvvəllərində Bakının gürcü diasporunun dil və mədəniyyət məsələləri” – II Hissə

“Gəncə şəhərində 9 və 11 nömrəli məktəblərin qiymətləndirilməsi aparılır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Muxtar Məmmədov deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncə şəhərində mülki əhaliyə qarşı raket zərbələri endirilib: “Bu zaman təhsil infrastrukturuna da ciddi ziyan dəyib. Müvafiq qurumlarla birlikdə onların qiymətləndirilməsi aparılır. Çünki burada yalnız təhsil infrastrukturuna ziyan dəyməyib. Dövlət proqramı çərçivəsində növbəti ilin büdcəsində həmin məktəblər də nəzərə alınacaq”.

APA