Dünya Bankı 2023-cü ilin iyulun 1-dək Azərbaycana ayıracağı kreditlərə güzəştli faiz dərəcəsi tətbiq edə bilər.
Bu barədə “Report”a qurumun Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Bildirilir ki, Dünya Bankı münaqişələrin təsirinə məruz qalmış ölkələr üçün xüsusi kredit şərtləri tətbiq edir. Bu şərtlərə ayrılan kreditlərin faiz dərəcələrinə güzəştlərin tətbiqi də daxildir. Münaqişələrin təsirinə məruz qalmış ölkələrin siyahısı hər il iyulun 1-də yenilənir.
Azərbaycan da 2020-ci ilin noyabrında Vətən müharibəsində qazandığı qələbədən sonra Dünya Bankı ölkəmizlə bağlı analoji qərar qəbul edib. Azərbaycanın bu siyahıya daxil edilməsinin səbəbi münaqişənin birbaşa təsiri nəticəsində insan itkilərinin əhalinin ümumi sayına nisbətinin müəyyənləşdirilmiş həddi ötməsi olmuşdur.
Bu güzəşt 2023-cü ilin iyunun 30-dək olan dövrü qüvvədə qalacaq.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankına üzvdür. Son 30 ildə adıçəkilən maliyyə qurumu Azərbaycanın reallaşdırdığı 50-dən çox layihə üzrə 4 milyard ABŞ dollarından çox kredit ayırıb.
Report