Avropa Parlamentində Azərbaycanla bağlı məruzə qəbul edilib

Elxan Süleymanov: “ATƏT-in Minsk qrupunun irəliləyiş əldə etməməsi Ermənistanın maraqlarına xidmət edir”
Dağlıq Qarabağla bağlı petisiya layihəsi çərçivəsində Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş olub
AVCİYA Ağ Evə ünvanlanmış petisiya layihəsi ilə bağlı keçirilən müsabiqənin qaliblərini mükafatlandırıb

Avropa Parlamentində Azərbaycanla bağlı məruzə dinlənilib və səsvermə keçirilib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, iyunun 14-də keçirilən səsvermə müsbət nəticələnib: “Azərbaycana Avropa İttifaqı tərəfindən maliyyələşdirilən proqramlarda iştirak imkanı verəcək beynəlxalq sazişin ratifikasiyasını nəzərdə tutan bu məruzənin 2015-ci ildən bəri güclü anti-Azərbaycan kampaniyası vasitəsilə qarşısı alınırdı. Avropa Parlamentində Azərbaycana qarşı böhtan və tənqid dalğası Azərbaycan parlamentinin AP ilə bütün əlaqələri kəsməsinə və Aİ çərçivəsindəki Avronest Assambleyasından geri çəkilməsinə gətirib çıxarmışdı. Buna baxmayaraq, Azərbaycanla  əməkdaşlığa və müsbət əlaqələrə maraq göstərən AP üzvləri əlaqələri bərpa etmək üçün ciddi işləyib”.

E. Süleymanov bildirib ki, belə üzvlərdən biri, rumıniyalı deputat Norika Nikolae çərşənbə axşamı qəbul edilmiş məruzənin müəllifidir: “Xanım Norika Nikolae əməkdaşlığı davam etdirməyin həlli yollarını tapmaq məqsədilə 1-3 iyun tarixlərində Bakıya səfər edib. O, səfər çərçivəsində Azərbaycan pezidenti İlham Əliyev və ədliyyə naziri Fikrət Məmmədovla  görüşüb. Görüş zamanı prezident İlham Əliyev qeyd edib ki, AP-də anti-Azərbaycan qüvvələrinin mənfi münasibəti əməkdaşlığa həqiqətən maraq göstərən Avropa Komissiyasının fəaliyyəti ilə ziddiyyət təşkil edir. Məruzənin Xarici Əlaqələr Komitəsində qəbul edilməsindən sonra Norika Nikolaenin ismarışı belə olub ki, Aİ ilə Azərbaycan arasında vətəndaş cəmiyyəti və insan hüquqlarına dair tərəfdaşlığın tədricən möhkəmlənəcəyi açıq-aydın sübut edilib və bu, Azərbaycana qarşı irəli sürülmüş əvvəlki iddiaların əsassız olduğunu göstərir. O, bundan sonra heç bir amilin əməkdaşlıqda fasilələr yaratmasını istəmədiyini vurğulayıb”.

E. Süleymanov “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında Çərçivə Sazişi”nə dair məruzənin AP-nin plenar sessiyasında səsverməyə qoyulacağını da əlavə edib: “Məruzəçi Norika Nikolae iyul sessiyasında keçiriləcək bu səsvermənin müsbət nəticələnəcəyinə ümidini ifadə edib. Bu dəfə Xarici Əlaqələr Komitəsində əldə edilmiş müsbət səsvermə Azərbaycanla bağlı çox müsbət ismarışdır. Bu nəticə belə şərh edilə bilər ki, hələ də əməkdaşlığa ümid var və AP-nin bir çox üzvləri qarşılıqlı tərəqqi və sülh, eləcə də ticarət və enerji əməkdaşlığının inkişafı naminə müsbət əlaqələrin zəruriliyini anlayır”.