Dağlıq Qarabağla bağlı Ağ evin saytına yerləşdirilən petisiya çərçivəsində BDU-da görüş keçirilib

ABŞ səfirliyinin nümayəndələri AVCİYA –nın Xaçmaz ofisində olublar
“Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” kitabının təqdimatı keçirilib
AVCİYA Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı fəaliyyətə başlayıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obamaadministrasiyasına ünvanlanan Dağlıq Qarabağla bağlı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib.

APA-nın məlumatına görə, universitetin rektoru, akademik Abel Məhərrəmov “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə”  petisiya layihəsinin əhəmiyyətindən, AVCİYA rəhbərliyinin beynəlxalq fəaliyyətindən danışıb. A. Məhərrəmov rəhbərlik etdiyi universitetin tələbələrini və müəllim heyətini petisiya layihəsinin səsverməsində fəal olmağa çağırıb.

AVCİYA-nın sədri, millət vəkili Elxan Süleymanov bildirib ki, Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyanı imzalayanların sayı 100 mini keçib: “Əlbəttə, prosedur qayda kimi 100 min səs tələbini keçmək bizim üçün uğurdur, amma hesabe dirəm ki, bizim vətəndaşlar fəal olmalı, bir neçə yüz min səs toplamalıyıq. Səsvermə mayın 6-dək davam edəcək və Obama administrasiyası bundan sonra müvafiq araşdırmaya başlayacaq”.

Assosiasiya sədri bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.

Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.