“Azərbaycanfilm” kinostudiyasının nəzdində Ekspert Şurası yaradılıb

Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası” mövzusunda elmi-praktik seminar keçirib
Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib 
İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası və yenidən qurulmasına gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat ayrılacaq
Dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradıldı.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, 5 nəfərdən ibarət olan Şuraya sədrlik kinoşünas, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.
Şuranın üzvləri aktrisa, Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müəllimi, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.
Şura üzvlərinin səlahiyyət müddəti cari ilin sonuna qədərdir. Bu müddətdə Kinostudiyada həyata keçiriləcək müsabiqələr Ekspert Şurasının üzvlərinin qərarı ilə qiymətləndiriləcək.

AZƏRTAC