az
en
ru
SEARCH
AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
MENU
MENU
ANA SƏHİFƏ
HAQQIMIZDA
MƏQSƏDLƏRİMİZ
ƏMƏKDAŞLARIMIZ
AZƏRBAYCAN
ƏRAZİ
ƏHALİ
TARİX
XƏRİTƏ
DÖVLƏT RƏMZLƏRİ
KONSTİTUSİYA
SİYASƏT
İQTİSADİYYAT
MƏDƏNİYYƏT
BAYRAMLAR
TURİZM
CƏMİYYƏT
QANUNVERİCİLİK
ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ
SƏNƏDLƏR
XƏBƏRLƏR
SƏRSƏNG SU ANBARI
Məktublar
Video
KİTABXANA
LAYİHƏLƏR
Home
Azərbaycan
TURİZM
Fuad Nağıyev: Tezliklə Qarabağ regional turizm destinasiyasına çevriləcək
Azərbaycan və Türkiyə arasında ikitərəfli və tranzit nəqliyyat üçün vahid keçid sertifikatı kvotası artırılıb
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib
“Müasir İpək yolu” turizm marşrutunun inkişaf etdirilməsi ölkələrimiz arasında inkişaf etməkdə olan əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə deyib.
Agentlik sədri Azərbaycanda turizm sənayesinin özünü bərpa etməyə başladığını, ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı və turist mübadiləsinin artırılması üçün qarşılıqlı təbliğatın aparılmasının önəmini, ölkəmizdə gəlmə statistikasında türk dövlətlərinin payının çoxalmasına ümid etdiyini vurğulayıb.
O, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin tarixi köklərlə bir-birinə bağlılığı, ortaq tarix və mədəni irsə sahib olma kimi amillərlə yanaşı, coğrafi yaxınlıq, vizasız gediş-gəliş və birbaşa uçuşların olmasının turizm əlaqələrinin, eləcə də dostluq və qarşılıqlı anlaşma üzərində qurulan əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini bildirib.
O, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın böyük turizm potensialına malik olduğunu, bu ərazilərdə Azərbaycan hökuməti tərəfindən genişmiqyaslı quruculuq işləri aparıldığını, tezliklə Qarabağın regional turizm destinasiyasına çevriləcəyini və azad edilmiş ərazilərin bərpa olunması dövründə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələrin önəmini qeyd edib.
Tədbirdə çıxış edən TDT-in baş katibi Bağdad Amrayev göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək üzv ölkələr arasına əlaqələrin bütün müstəvilərdə inkişafının turizm sahəsinə də müsbət təsir etdiyini qeyd edib. O, Şamaxı şəhərinin 2022-ci il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə təbrik edib, bu təşəbbüsün davam etdirilməsinin üzv ölkələr arasında qarşılıqlı məlumatlılığın artırılmasına töhfə verəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, tədbirdə ölkələr arasında turizm üzrə müxtəlif sahələrdə, o cümlədən qış turizmi üzrə əməkdaşlıq, müştərək turizm məhsullarının yaradılması istiqamətində əməkdaşlıq kimi məsələlər ətrafında müzakirələr aparılır.
Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev, Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyev, eləcə də təşkilatda müşahidəçi statusa malik Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi iştirak ediblər.
Türkmənistan mədəniyyət nazirinin müavini Nursahet Şirimov isə tədbirə onlayn qoşulub.
Görüşdə “Türk dünyası turizm paytaxtı təşəbbüsü” ilə bağlı qaydaların təsdiqi və “Türk Dövlətləri Təşkilatının Turizm üzrə Yol Xəritəsi” sənədinin qəbul edilməsi planlaşdırılır.
AZƏRTAC
Newer Post
NATO Baş katibi: “Başqa heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb”
Older Post
“Azərbaycanfilm” kinostudiyasının nəzdində Ekspert Şurası yaradılıb
© 2017 AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
1905.az STUDIO
Type something and Enter