NATO Baş katibi: “Başqa heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb”

APA

Bakıda Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Beynəlxalq Astronavtika Konqresi: İlon Mask sualları cavablandırıb 
Başqa heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb.
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Davos İqtisadi Forumunda deyib.

O bildirib ki, Türkiyə NATO-nun vacib müttəfiqidir və İŞİD-ə qarşı mübarizədə açar rol oynayıb.

Baş katib əlavə edib ki, strateji mövqedə yerləşən Türkiyə bütün alyans üçün vacibdir.
Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlıqlarının həll edilməsinin vacibliyini qəbul etdiyini deyib.

“Biz oturmalı və irəliyə doğru bir yol tapmalıyıq”, – Stoltenberq vurğulayıb.

APA